AZ

Azərbaycanda oynamağa qərar verən “kasıbın Qavisi" - VİDEO

«Karvan»ın heyətində bir neçə futbolçu yaxşı mənada diqqətimi çəkdi».

Bu sözlər telejurnalist Ceyhun Rzayevə məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Premyer Liqada debüt edən Tompson Qavidən danışıb.

O, Yevlax təmsilçisinin bu yay sıralarına qatdığı nigeriyalı yarımmüdafiəçini «Kəpəz»lə matçda bəyəndiyini söyləyib.

Qeyd edib ki, afrikalı legioner komandasına qələbə qazandırmaqla yanaşı, üç müdafiəçinin əhatəsində gözəl qol vurub.

«Karvan»ın maliyyə durumunu nəzərə alaraq onun üçün «kasıbın Qavisi» ifadəsini işlədən tanınmış televiziya adamı bildirib ki, yeni transfer yaxşı texniki göstəricilərə malikdir və çempionatda özünü göstərəcək potensialdadır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
3
sportinfo.az

1Mənbələr