AĞDAŞ, 2 sentyabr. TELEQRAF
Ağdaşda yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Qəribli kəndi istiqamətində qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan minik avtomobilinin sürücüsü, 1980-ci il təvəllüdlü Elnur Arif oğlu Mirzəliyev öncə yaşadığı əraziyə yetişib, oradan isə narahatlığı səbəbindən xəstəxanaya çatdırılıb.
Sürücünün sözlərinə görə, avtomobili ilə hərəkətdə olduğu zaman önünə heyvan sürüsü çıxıb və qəza hadisəsi baş verib.
Faktla bağlı araşdırma aparılır.