ain.az, Bizim media saytına istinadən bildirir.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bahəddin Mirzəyev küçəsində sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus yeşik düzəldilən sexdə baş verib.Belə ki, yanğın zamanı sexin 300 kv metr ərazisi içərisindəki invertarlarla birlikdə yanıb.Hadisə yerinə FHN-nin Göyçay Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir.Fakt araşdırılır.
Bizim.Media,Aran bürosu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.