AZ

Cənubi Koreya: Ukraynada 2 min Şimali Koreya hərbçisi ölüb

BAKI, 3 sentyabr. TELEQRAF

Ukraynada Koreya Xalq Demokratik Respublikasının (KXDR) təxminən 2 min hərbçisi ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın NIS kəşfiyyat agentliyinin məlumatında deyilir.

Bildirilir ki, agentlik Cənubi Koreya parlamentində qapalı dinləmələr zamanı ölənlərin sayı ilə bağlı yeni qiymətləndirməsini açıqlayıb.

Deputat Li Son Kvonun sözlərinə görə, qoşunların göndərilməsinin birinci və ikinci mərhələsi zamanı Şimali Koreya təxminən 350 nəfərin öldüyünü açıqlamışdı, lakin apreldə NIS kəşfiyyat komitəsi azı 600 nəfərin öldürüldüyünü bildirmişdi.

"Məlumatların yenidən nəzərdən keçirilməsindən və digər ölkələrlə məsləhətləşmələrdən sonra öldürülmüş KXDR hərbçilərinin sayının 2 min nəfər olduğu müəyyən edilib", - deputat söyləyib.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr