AZ

“Neftçi”ni 700 min avro məvacibə çalışdırmağa razılaşıb

2023-cü ilin iyulundan dekabr ayınadək "Neftçi"nin baş məşqçisi olmuş Adrian Mutunun paytaxt klubundakı maaşı məlum olub.

Sportinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis "ağ-qaralar"ı illik 700 min avro məvacibə çalışdırmağa razılaşıb.

Bunu Mutu "Digisport"a açıqlamasında deyib.

"Neftçi"dən təklif aldığı vaxt "Rapid"də çalışan və 200 min avro maaş alan gənc mütəxəssis "Neftçi"dən gələn təklifi düşünmədən qəbul etdiyini və buna görə peşman olmadığını bildirib.

Lakin onun Azərbaycan macərası 5 ay çəkib. "Neftçi"nin uğursuz çıxışı onun gedişi ilə nəticələnib.

Mutu "ağ-qaralar"ı 23 oyunda meydana çıxarıb. Komanda bu qarşılaşmalardan 10-da qələbə qazanıb, 8-də məğlub olub və 5-də heç-heçə edib.

Seçilən
6
sportinfo.az

1Mənbələr