BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələri Venesueladan narkotik maddələr daşıyan gəmini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp brifinqdə bildirib.
“Bir neçə dəqiqə əvvəl biz (ABŞ Hərbi Dəniz Qüvvələri - red.) külli miqdarda narkotik maddə daşıyan gəmini məhv etdik...”, - o, Oval kabinetdə çıxışı zamanı deyib.
ABŞ Prezidentinin sözlərinə görə, donanma yalnız bir gəmiyə hücum edib, lakin “başqaları da var”.