AZ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ VİDEO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və xalq arasında "Suriya qızılı" kimi tanınan qızıllarla bağlı alıcılara xəbərdarlıq ediblər.

Buna səbəb isə həmin qızılın əyarına edilən müdaxilədir. Məlumata görə, normal şəraitdə rəsmi zərbxana tərəfindən buraxılan Suriya qızılı 22 əyarda bazara çıxarılır. Lakin qaçaq yollarla bazara daxil edilən və ya qeyri-qanuni sexlərdə istehsal olunan Suriya qızıllarında əyar 18, 14, hətta 8-ə qədər endirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,xarici görünüşcə zərbxana qızılları ilə eyni olan bu saxta məhsulları ayırd etmək isə demək olar ki, mümkünsüzdür. Bəs Azərbaycanda qızıl bazarında vəziyyət necədir? Suriya qızılı satılırmı?

Zərgərlər Assosasiyasının sədr müavini Rövşən Əmircanov deyir ki, idxal olunan qızıl məmulatlarında belə problemlərə az rast gəlinir.

Onun sözlərinə görə, saxtakarlıq kimi problemlər əsasən qızıl və ya gümüşdə yox, qiymətli daşlarda müşahidə olunur.

Rövşən Əmircanov bildirib ki, vətəndaşlar qiymətli daşlarda olduğu kimi, digər zərgəlik məhsullarını da alarkən mütləq mənşə və keyfiyyət sertifikatı tələb etməlidirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
8
news.milli.az

9Mənbələr