BAKI, 3 sentyabr. TELEQRAF
Fransada yeni hərbi xəstəxanalar tikilir.
Teleqraf xəbər verir ki, iyulun 18-də Fransa Səhiyyə Nazirliyi bölgə səhiyyə orqanlarına göndərdiyi məktubda 2026-cı ilin mart ayına qədər mümkün "xəstə axınına" hazır olmaları barədə göstəriş var.
Nazirlik bəyan edib ki, böyük münaqişə baş verərsə, Fransa xəstəxanaları “müharibə zamanı məhdudiyyətlər”dən xəbərdar olmalı və həm fransız, həm də xarici hərbçilərə tibbi xidmət göstərə bilməlidir.
Keçən həftə səhiyyə nazirliyinin məktubunu ilk dəfə dərc edən Fransa satirik jurnalı "Le Canard enchaîné"ə görə, xəstəxanalar 10-180 gün ərzində 10-15 min əsgəri müalicə etməyə hazır olmalıdır.