“Keçən ilə baxanda çox şey dəyişib”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov deyib.
Qolkiper keçən mövsümə nisbətən komanda daxilində dəyişikliklər barədə danışıb:
“Yeni gələn futbolçular meydanda öz sözlərini dedilər.
Oyuna baxanda görmək olur ki, oyun tamamilə fərqli səviyyədədir, tribunaların atmosferi də dəyişib.
Azarkeşləri yenidən stadiona cəlb etmək vacibdir. Öz çıxışımız və qələbələrimizlə bunu sübut etməliyik. Əminəm ki, tribunalar yenidən dolacaq”.