AZ

Lavrov: Ukraynada yeni ərazi reallıqları tanınmalıdır

Ukraynada davamlı sülhə nail olmaq üçünbeynəlxalq səviyyədə yeni ərazi reallıqlarını tanımaq və rəsmiləşdirmək lazımdır.

Teleqraf xəbər verir ki, bunu İndoneziyanın “Kompas” nəşrinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin "referendumlar" nəticəsində Rusiyaya qoşulmasından sonra yaranmış yeni ərazi reallıqlarının beynəlxalq hüquqi müstəvidə tanınması və rəsmiləşdirilməsinin zəruriliyini qeyd edib .

Lavrov bildirib ki, 1990-cı il müstəqillik bəyannaməsində qeyd olunduğu kimi, Ukraynanın neytral, bloklara qoşulmamış və nüvəsiz statusunu təmin etmək lazımdır.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr