Rusiya və Çin liderləri Vladimir Putin ilə Si Çinpin ABŞ hegemonluğuna əsaslanan dünya nizamına meydan oxumağa imkan verən münasibətlər qurmağı bacarıblar.
Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın “O Globo” qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Rusiya və Çin başçılarının münasibətləri “alternativ dünya düzəninin liderləri kimi onlar arasında sıx əlaqəni nümayiş etdirmək” məqsədi daşıyır və bu alternativ artıq ABŞ-a “meydan oxuyur”.
Nəşrin yazdığına görə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti öncəsi Hindistanın Baş naziri Narendra Modinin iştirakı ilə Putin və Si Cinpin arasında keçirilən üçtərəfli görüş ABŞ-dən asılı olmayan ittifaqların da güclənə bildiyini təsdiq etdi.
Avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyanşin şəhərində keçirilən ŞƏT-in sammitində 20-dən çox dövlətin lideri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Sammitin yekunları üzrə 15 yeni əməkdaşlıq sənədi imzalanıb.