AZ

“Veysəloğlu”nun əməkdaşı həbs edildi – Külli miqdarda mənimsəmə

“Veysəloğlu” şirkətinin Satış Departamentinin Hasilat şöbəsinin Bakı pərakəndə hasilat bölməsinin hasilatçısı vəzifəsində işləyən Eldəniz Əliyev həbs edilib.

News24.az -ın əldə etdiyi məlumata görə, 2017-2019-cu illərdə onun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edərək şirkətə məxsus 120 min manata yaxın vəsaiti kassaya mədaxil etməyərək mənimsəməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci, yəni külli miqdarda mənimsəmə maddəsi ilə iş açılıb. 

Eldəniz Əliyev avqustun 19-da həbs edilib.

Taleh Bağırov

Seçilən
86
1
news24.az

2Mənbələr