AZ

Qazaxıstanda ICAO tərəfindən aviasiya təhlükəsizliyi üzrə audit aparılır

Bakı. Trend:

Sentyabrın 2-14-də Qazaxıstanda dörd mütəxəssisdən ibarət ICAObeynəlxalq ekspertlər komandası tərəfindən aviasiya təhlükəsizliyiüzrə audit keçirilir.

Trend-inQazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinəistinadən verdiyi məlumata görə, audit zamanı milli aviasiyatəhlükəsizliyi sisteminin kompleks təftişi aparılacaq.

Qiymətləndirmə Astana və Almatı beynəlxalq hava limanlarını,eləcə də Qazaxıstan aviaşirkətlərini əhatə edəcək. Ekspertlər milliqanunvericiliyin beynəlxalq standartlara və ICAO-nun tövsiyələrinəuyğunluğunu xüsusi diqqətlə araşdıracaqlar.

Auditin məqsədi aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrəmövcud tədbirlərin səmərəliliyini qiymətləndirmək və onlarıntəkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirməkdir.

Seçilən
117
az.trend.az

1Mənbələr