BAKI, 3 sentyabr. TELEQRAF
Hindistanda pələng göbələk toplayan yaşlı kişini parçalayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
65 yaşlı Manqru Lal Sarrat iki yoldaşı ilə meşəyə gedib. Yoldaşlarının bildirdiyinə görə, Sarrat pələngin hücumuna məruz qalıb. Yırtıcı onun bədəninin yarısını yeyib.
Yerli polis əhalini meşəliyə getməmək barədə xəbərdar edib.