AZ

Ukrayna Danimarkada bərk raket yanacağı istehsal edəcək

BAKI, 3 sentyabr. TELEQRAF

Ukraynanın FPRT şirkəti 2025-ci il dekabrın 1-dən Danimarkada bərk raket yanacağının istehsalına başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Danimarkanın "TV2" telekanalı məlumat yayıb.

İstehsalat Yutlandın cənubundakı Vojensdəki hərbi hava qüvvələri bazasının yaxınlığında həyata keçiriləcək

Bərk raket yanacağı iyun ayında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və onun ukraynalı həmkarı Rustem Umerov arasında əldə olunan razılıq əsasında istehsal olunacaq.

Seçilən
19
teleqraf.com

1Mənbələr