AZ

Rusiyanın NATO ilə münaqişə vəziyyətində əsas hədəfinin adı açıqlanıb

NATO-nun Finlandiyadakı obyektləri Rusiya üçün qanuni hərbi hədəfə çevriləcək və münaqişə baş verəcəyi təqdirdə vurulacaq ilk obyektlər sırasında olacaq...

Poliqon xəbər verir ki, bu da TASS agentliyinə “Rusiya zabitləri” ümumrusiya təşkilatının rəyasət heyətinin sədri Sergey Lipovoy bildirib.

Onun sözlərinə görə, Finlandiya Şimali Atlantika Alyansına qoşulduqdan sonra siyasi və hərbi-iqtisadi müstəqilliyini itirib. Lipovoy əlavə edib ki, Helsinki NATO və Aİ rəhbərliyinin iradəsini yerinə yetirməyə başlayıb.

O, blokun bazalarının və nəzarət məntəqələrinin Finlandiya ərazisində yerləşməsinin Rusiya üçün birbaşa təhlükə olduğunu iddia edir.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr