Bakı.Trend:
Mərakeşdə turizm sektorunda cari ilin ilk yeddi ayında 67milyard dirhəm (təxminən 7 milyard dollar) həcmində rekord gəlirqeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faizçoxdur.
Trend-in“Hibapress” portalına istinadən verdiyi məlumata görə, Turizm,Sənətlər, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi bildirib ki,2025-ci ildə də sektor artım nümayiş etdirməkdə davam edəcək.
İyulun sonunadək Mərakeşi 11,6 milyon turist ziyarət edib ki, buda 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16 faiz çoxdur.
Turizm naziri Fatimə Zəhra Ammor vurğulayıb ki, gəlirlərinartması sektorun milli iqtisadiyyata mühüm təsirini göstərir:“Turistlərin sayının çoxalması və turizm məhsullarına yatırılansərmayələr Mərakeşin cəlbedici turizm məkanı kimi mövqeyinimöhkəmləndirir. Biz bu tendensiyanı qorumaq üçün səylərimizi davametdirəcəyik”.