AZ

Tramp: Si Tsinpin, Putin və Kim Çen In Pekində ABŞ-a qarşı sui-qəsd hazırlayır...

ABŞ prezidenti Çin liderinə və Pekində toplaşan dövlət başçılarına sosial şəbəkədən mesaj göndərib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinə, həmçinin Vladimir Putin və Kim Çen Ina müraciət edərək onların Pekində ABŞ-a qarşı “sui-qəsd hazırladıqlarını” iddia edib.

Tramp bu fikirləri Truth Social sosial şəbəkəsində yazıb.

“Qoy Çin Xalq Respublikasının sədri və Çin xalqı üçün bu gün möhtəşəm və unudulmaz bayram günü olsun. Siz onlarla birlikdə ABŞ-a qarşı sui-qəsd hazırlayarkən zəhmət olmasa, Vladimir Putinə və Kim Çen Ina mənim ən səmimi arzularımı çatdırın”, deyə Amerika lideri paylaşımında qeyd edib.

Qeyd edək ki, Pekində keçirilən tədbirlər Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində və İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunub. Yubiley mərasimlərində 26 xarici lider iştirak edir. Onların arasında Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Məsud Pezeşkiyan, Belarus prezidenti Aleksandr Lukaşenko və digər ölkə rəhbərləri var.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr