BAKI, 3 sentyabr. TELEQRAF
Venesuela ABŞ-nin narkotik gəmisinə hücum etməsinə şübhə ilə yanaşır.
Teleqraf xəbər verir ki, Venesuela ABŞ-nin"Tren de Aragua" cinayətkar qrupuna məxsus gəmiyə "külli miqdarda narkotik maddə" şübhəsi əsasında zərbə endirilməsi ilə bağlı məlumatının doğruluğuna inanmır.
Venesuela Milli Assambleyasının deputatı Gilberto Ximenes deyib ki, o, narkotik tacirlərinin Amerika qüvvələrinin nəzarəti altındakı Karib dənizi vasitəsilə yük daşımalarına təəccüblə yanaşır: "Adətən ABŞ başqa ölkələrə hərbi müdaxilə edəndə bu cür yalanlardan istifadə edir".