AZ

Tarixdə bu gün - 3 Sentyabr

Bakı, TurkicWorld

Türkiyənin Bolu şəhərində avtomobilin yanacaq çəninə baxış keçirən 9 polis əməkdaşı şübhəli maddənin iyini hiss edərək zəhərlənib.

TurkicWorld xəbər verir ki,, hadisə çərşənbə axşamı axşam saatlarında Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı baş verib.

Xarici dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çənində aşkarlanan maddə polis əməkdaşlarının nəfəs alarkən zəhərlənməsinə səbəb olub.

Zərərçəkənlərdən ikisi reanimasiyaya yerləşdirilib, üç nəfər xəstəxanada müalicəsini davam etdirir, daha üç nəfər ambulator müalicəyə buraxılıb, bir nəfər isə xəstəxanaya yerləşdirilməsini tələb etməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
84
turkic.world

1Mənbələr