BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə bağlı açıqlaması ilə diqqət çəkib.
Teleqraf xəbər verir ki, ötən həftə Putinlə danışıb-danışmadığı sualına Tramp çox maraqlı şeylər öyrəndiyini bildirib.
“Yaxın günlərdə bunu biləcəksiniz”, - ABŞ prezidenti əlavə təfərrüat vermədən deyib.
Bundan əlavə, Tramp Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən imtina edərsə, Rusiyanı hansı nəticələrin gözlədiyi sualına cavab verməyib. ABŞ lideri nə edəcəklərini və nə baş verəcəyini diqqətlə izlədiklərini qeyd edib.