Sabirabad rayonunda həyat yoldaşı ilə barışmaq istəyən kişi həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Sahib Vəliyev (ad-soyad şərtidir – red.) keçmiş həyat yoldaşı Nailənin işlədiyi mağazanın qarşısına gəlib.
O, keçmiş arvadı ilə ailə münasibətlərini bərpa etməyə çalışıb. Lakin Nailə onunla barışmayıb və baş verə biləcək insidentin qarşısını almaq məqsədilə polisə müraciət edib.
Hadisə yerinə gələn polis əməkdaşlarını görən təqsirləndirilən şəxs əsəb gərginliyi keçirib. Bu səbəbdən ictimai yerdə nalayiq ifadələr işlədib və polisin qanuni tələblərinə tabe olmayıb.