Son zamanlar allergik xəstəliklərin sayı artıb. Bu xəstəliklər nədənsə daha çox uşaqlar arasında yayılıb. Demək olar ki, hər 5 uşaqdan biri bu xəstəlikdən əziyyət çəkir.
Mövzu ilə bağlı News365.az -a danışan pediatr Vaqif Qarayev deyir ki, allergik xəstəliklər bütün dövrlərin bəlası:
“Əgər sizin uşaqda bal, sitruslar, yumurta, şirniyyat allergiya verirsə, bu qidalar qadağan olunmalıdır. Bir nənə narazı qalıb bu qadağadan. Deyir dədə-babadan uşaq yumurta ilə böyüyüb də...niyə qadağan edirsiz?
Hörmətli nənə, yumurta sizin uşaqda bronxial astma tutması yaradır. Ona görə seçim edin. Ya yumurta, ya da bronxial astma”.
News365.az