AZ

Rafiq Göyüşovun məhkəməsi keçirildi

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs Rafiq Göyüşovun vəkili bildirib ki, ABŞ səfirliyi müvəkkilindən şikayətçi deyil. Amma deyirlər ki, nəsə bir təqsiri varsa cəzalandırılsın.

Daha sonra Rafiq Göyüşovun vəkili vəsatət verərək, cinayət işi ibtidai istintaqa geri qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Növbəti məhkəmə prosesi sentyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Rafiq Göyüşov xaricdən gələn səfirlər və digər əməkdaşların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsində yarım milyon manatdan artıq dələduzluqda ittiham edilir.

Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
62
teleqraf.com

1Mənbələr