BAKI, 3 sentyabr. TELEQRAF
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 5010 m² (hər mərtəbəsi 1670 m²) olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 m² olan sexin içərisində taxta və parçadan ibarət materiallar 30 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.