Bu ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9911,8 milyon manat investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, investisiyaların 2734,4 milyon manatı neft-qaz sektorunun, 7177,4 milyon manatı isə qeyri-neft-qaz sektorunun inkişafına yatırılıb. Qeyr- neft-qaz sektorunun inkişafına sərf edilən investisiyanın 1334,4 milyon manatı (ümumi sərmayənin 13,5 faizi) qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.
Bu ilin 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 2250,5 milyon manat investisiya yönəldilib ki, bu da əvvəlki ilin göstəricisindən 38,2 faiz çoxdur.
Əsas investor ölkələr:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
Birləşmiş Ərəb Əmirlikləri
Türkiyə
Rusiya
ABŞ
İsveçrə
Yaponiya
İran
Macarıstan
Fransa
Hindistan