Bakı. Trend:
İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan,Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma vətranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir.
Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqİran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı iləkeçirilən iclasda deyib.
Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsindəlayihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzindəsaxlanılır.
Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub BeynəlxalqNəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisiçərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryoluxəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləriyekunlaşdırılıb.
İranlı nazir qeyd edib ki, ölkədə Çabahar-Zahidan dəmiryoluxəttinin tikintisi sürətlə davam etdirilir. Bu dəmiryolu xəttinintezliklə başa çatdırılacağına ümid edilir.
Sadiq deyib ki, İran və İraq arasında Şələmçə-Bəsrə dəmiryolununtikintisinin gələn ildə başa çatdırılacağı gözlənilir.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,"Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşənGilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya vəİran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olanRəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Budəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-CənubBeynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqazölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişəəsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyardavro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ayərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.