AZ

Bu dəfə “Real”ın əfsanəsinə təklif göndərdilər

“Real”ın sabiq hücumçusu və əfsanəsi Raul Qonsales “Bayer”in baş məşqçisi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Son olaraq Madrid təmsilçisinin ikinci komandası hesab edilən “Kastilya”nı çalışdıran ispaniyalı mütəxəssis artıq Almaniya klubundan müvafiq təklif alıb.

Leverkuzenlilər üç namizəd arasında seçim aparır. Siyahıya həmçinin Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Edin Terziç və “Leyptsiq”in keçmiş çalışdırıcısı Marko Roz da daxildir.

Seçilən
79
publika.az

1Mənbələr