AZ

Çin paradda ilk dəfə bu raketlərini nümayiş etdirdi - FOTO

Pekində keçirilən rəsmi paradda ilk dəfə Çinin strateji nüvə triadasını təmsil edən raketlər nümayiş olunub.

Bakıvaxtı.az xəbər verir ki, parad zamanı uzunmənzilli aviasiya raketi JL-1, sualtı bazalı qitələrarası raket JL-3, eləcə də quru bazalı qitələrarası raketlər DF-61 və DF-31 təqdim olunub.

Bundan başqa, bütün planeti əhatə edən strateji qitələrarası nüvə raketi DF-5C də nümayiş etdirilib.

Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.

Seçilən
124
14
bakivaxti.az

10Mənbələr