ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
Braziliyanın “Atletiko Mineyro” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisinin sükanı Xorxe Sampaoliyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Sampaoli son olaraq “Renn”i çalışdırıb. O, “Marsel”, “Sevilya”, “Flamenqo” kimi klublarda işləyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.