"Football-plus.az" xəbər verir ki, yığmaların təmsilçiləri MHL-i və MHL Oyunçularının Assosiasiyasını (NHLPA) xəbərdar ediblər ki, ruslar olacağı təqdirdə turnirə qatılmayacaqlar.
Xatırladaq ki, 4 Millətin turniri fevralın 12-20-si aralığında Monrealda Bostonda keçirilib. Turnirə ABŞ, Finlandiya, İsveç və Kanada yığmaları qatılıb, “ağcaqayın yarpaqları” qalib gəlib. Seravallinin dedikləri: “Bu turnirə yalnız dörd ölkənin qatılmasının səbəbi odu ki, İsveç və Finlandiya məsələni ultimatum şəklində qoyublar:
“Ruslar iştirak etsə, biz olmayacağıq”.
MHL komissarının müavini Bill Deyli də bu məsələə münasibət bildirib: “Heç bir ultimatum olmayıb. Bütün iştirakçıların ortaq mövqeyi belə olub ki, Rusiya yığmasının turnirdə iştirakı münasib deyil”.
Xatırladaq ki, Rusiya Ukrayna ərazisini işğal etmək niyyəti ilə müharibəyə başlayandan sonra Beynəlxaq Buzüstü Hokkey Federasiyası bu ölkənin komandalarını beynəlxaq turnirlərdən uzaqlaşdırıb, MHL isə Rusiya ilə əməkdaşlığı dayandırdığını elan edib. Stenli kubokunu qazanan rusiyalı hokkeyçilərin bu qəniməti vətəninə aparması da qadağandı.