ABŞ-ın Viskonsin ştatında bir bələdçi 1887-ci ildə batan və o vaxtdan itkin düşmüş “Frank D. Barker” gəmisinin qəzası ilə rastlaşıb. 138 il gölün dərinliklərində gizlənən gəmi tarixdən bir yadigar kimi çıxıb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, ərazidəki tur şirkətinin sahibi Mett Olson Miçiqan gölü ətrafında peyk çəkilişlərini araşdırarkən suyun altında fərqli bir şey görüb. Əraziyə qayıtdıqdan sonra o, səthin yaxınlığında nəhəng bir kölgə ilə qarşılaşıb.
“Bu qədər böyük və cəmi 20 fut dərinlikdə olmasına baxmayaraq, onu heç kimin tapmaması inanılmazdır”,-deyə o bildirib. Viskonsin Tarixi Cəmiyyətindən olan dalğıclar tez bir zamanda əraziyə göndərildib və qalıqların Frenk D. Barker olduğu təsdiqlənib.
//Gülnarə Abasova, Editor.az