AZ

Sahələrdən 3 milyon tona yaxın dənli və dənli paxlalı bitkilər yığılıb

Bu ilin yanvar-iyul aylarında tarlalardan qarğıdalı da daxil olmaqla 2 982,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çox dənli və dənli paxlalı bitkilər yığılıb.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bundan əlavə, bu dövr ərzində 611,1 min ton (2,1 faiz çox) kartof, 348,1 min ton (5,1 faiz çox) meyvə və giləmeyvə, 37,6 min ton (70,9 faiz çox) şəkər çuğunduru, 6 min ton (2 faiz çox) üzüm, 2,5 min ton (40,2 faiz çox) tütün, 834,3 ton (7,9 faiz çox) yaşıl çay yarpağı toplanıb.

Seçilən
31
1
vergiler.az

2Mənbələr