AZ

Şəkidə “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir keçiriləcək

Şəki, 3 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentlyi və “ABAD”-ın birgə təşkilatçılığı ilə sentyabrın 5-də Şəkidə “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir keçiriləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Şəkidə belə bir tədbirin keçirilməsi heç də təsadüfi deyil. Çünki Şəki şəhəri 2017-ci ildən “Sənət və sənətkarlıq” tematikası üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.

Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin qarşısında keçiriləcək tədbir zamanı ölkəmizin ayrı-ayrı bölgələrindən gələn “ABAD”çı sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunacaq, onlar tərəfindən ustad dərslər nümayiş etdiriləcək.

Seçilən
112
1
azertag.az

2Mənbələr