ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Danimarkanın "Kopenhagen" klubu 42 min avro məbləğində cərimələnib. Sport24.az-ın yerli mətbuata istinadən məlumatına görə, buna komandanın İsveçrədə "Bazel"ə qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda yaşananlar səbəb olub. Azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi "Kopenhagen" 42 min avro ziyana salıb. Qeyd edək ki, "Qarabağ" bu rəqiblə oktyabrın 1-də Bakıda üz-üzə gələcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.