ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda manevr qaydasını pozan sürücü digər nəqliyyat vasitələrinin sürücülərinə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 6-da, paytaxtın Təbriz küçəsində qeydə alınıb.
Belə ki, 77-RL-563 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü düzünə və sola hərəkət təşkil edilmiş zolaqdan əvvəlcə sola dönməyə hazırlaşıb. Lakin daha sonra qəfil qərarını dəyişərək sağa dönüb. Bu zaman həm sağ zolaqdakı, həm də arxadan gələn sürücüyə təhlükəli vəziyyət yaradıb.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.