Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 18 sentyabr 2025-ci il tarixdə saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə “Poliqon”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 15 sentyabr 2025-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.