AZ

Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçənlər tutuldu

TBİLİSİ, 3 sentyabr. TELEQRAF

Gürcüstan dövlət sərhədini qanunsuz keçən 4 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən bildirilib.

İstintaqla müəyyən olunub ki, həmin şəxslərin ikisi Ermənistan, digər ikisi isə Azərbaycan ərazisindən “Sadaxlı”, “Vaxtanqisi” və “Qırmızı körpü” sərhəd-keçid məntəqələrindən yan ötməklə Gürcüstana daxil olub.

Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir. Gürcüstan dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinən əcnəbiləri 5 ilədək həbs cəzası gözləyir.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr