1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın II Liqasında çıxış edən "Sheki City" klubu adını və loqosunu dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Bildirilib ki, İdarə Heyətinin qərarı ilə klub bundan sonra "Şəki" PFK adlandırılacaq.
Hazırda Şəki şəhər stadionu III MDB Oyunları ilə əlaqədar təmirdə olduğu üçün komanda ev oyunlarını bir müddət Bakıda keçirəcək.


