AZ

İlqar Nadiri Kəpəz dən uzaqlaşdırıldı, mətbuat xidməti isə susur

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünən "Kəpəz"də iclas keçirilib. Sport24.az-ın əldə etdiyi məlumata görə, toplantıda komandanın mövsümə uğursuz başlamasının səbəbləri müzakirə olunmaqla yanaşı, klub sturukturunda bəzi dəyişiklər də gündəmdə olub.

Mənbəmizin sözlərinə əsasən, müzakirələrdən sonra "sarı-göylər"in baş məşqçisi Adil Şükürova növbəti dəfə şans verilməsi qərara qalınıb. Şükürovdan fərqli, İlqar Nadiri barədə fərqli qərar verilib. Uzun müddət Gəncə klubunun İdarə Heyətinin sədri olan, son dəyişikliklərdən sonra klubun əməliyyatlar üzrə rəhbəri postunu tutan funksioner vəzifəsindən uzaqlaşdırılıb. Mənbəmizin bilgisinə görə, həftəiçi Nadirinin "Kəpəz"dən uzaqlaşdırıldığı xəbəri ictimaiyyətə açıqlanacaq. Onunla yanaşı klubun idarəetməsində təmsil olunan bəzi funksionerlər də işlərini itiriblər. 

Bu yerdə ortaya sual çıxa bilər ki, niyə bütün məsələləri mətbuat xidməti ilə dəqiqləşdirmədən kluba yaxın mənbəyə istinadən xəbər paylaşırsız? Bəli, haqlı sualdı. Ancaq onu nəzərinizə çatdıraq ki, "Kəpəz"də yarıtmaz idarəçilik olduğu kimi, mətbuat xidməti də işini  yerinə yetirmir və ya yetirmək iqtidarında deyil. Klubda baş verənlərlə bağlı bir neçə dəfə "Kəpəz"in mətbuat xidməti ilə əlaqə saxlayıb suallarımızı ünvanlasaq da, daşdan səs çıxıb, qarşı tərəfdən yox. Hətta bir dəfə mətbuat xidməti bizim ünvanladığımız suallarla bağlı bizə yox, başqa sayta açıqlama verməyi lazım bilmişdi. Səbəb kimi isə "rəhbərliyin tapşırığı belə oldu" cavabını eşitdik.

Odur ki, bizi qınamayın, məhz bu üzdən bütün xəbərləri klubun mətbuat xidmətindən yox, kluba yaxın mənbədən əldə edib sizlərə çatdırırıq. Çox maraqlıdır ki, bu tapşırığı verən rəsmilər artıq klubdan ayrılıblar. Sadəcə, qərarın ictimaiyyətə açıqlanması qalıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
sport24.az

1Mənbələr