AZ

"Qarabağ"ın ÇL-dəki rəqibi ilə bağlı qalmaqal: FİFA icazə vermədi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan "Atletk Bilbao"nun "Əl-Nəsr"in müdafiəçisi Emerik Laportu transfer etmək istəyi baş tutmayıb.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Buna səbəb Səudiyyə Ərəbistanı klubunun sənədləri vaxtında təqdim etməməsi olub. Mənbə bildirir ki, İspaniya təmsilçisi futbolçunun transferi ilə bağlı bütün razılaşmaları əldə ediblər, lakin "Əl-Nəsr" sövdələşmə barədə məlumatı FIFA-nın TMS (Transfer Matching System) sisteminə gec göndərib. Buna görə də FİFA "Athletik"ə oyunçunun qeydiyyatına icazə verməyib. Bask klubunun bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var. Bu isə futbolçunun qışdan əvvəl qeydiyyata alınması üçün yeganə şansdır.

Qeyd edək ki, İspaniya millisi ilə Avro-2024-ün qalibi olan Laport 2018-ci ilin yanvarında "Athletik"dən 65 milyon avroya "Mançester Siti"yə keçmişdi. 2023-cü ilin avqustunda isə ispaniyalı müdafiəçi Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr"ə transfer olunub.

Seçilən
33
publika.az

1Mənbələr