AZ

Prezidentdən San-Marino Respublikasına təbrik məktubu

Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları xanım Denize Bronzettiyə və cənab İtalo Riqiyə məktub ünvanlayıb.

News24.az  xəbər verir ki, təbrikdə deyilir:

"San-Marino Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və rifah diləyirəm".


Seçilən
111
37
news24.az

10Mənbələr