AZ

Böyük Britaniyanın müdafiə naziri Con Healy Ukraynaya səfər etdi

BAKI, 3 sentyabr. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Healy Ukraynaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal teleqram kanalında məlumat yayıb.

O həmçinin qeyd edib ki, görüş zamanı tərəflər Londonda keçiriləcək “Ramşteyn” formatında növbəti görüşün əsas məsələlərini və birgə müdafiə layihələrini razılaşdıracaqlar.

"Biz ölkələrimizin müdafiə qabiliyyətini gücləndirəcək mühüm ikitərəfli qərarlar hazırlayırıq", - Şmiqal vurğulayıb.

Seçilən
84
teleqraf.com

1Mənbələr