Bu ilin yanvar-iyun aylarında məhsulların dövlət sifarişi ilə satın alınması portalı (tedaruk.az) üzərindən aparılan əməliyyatlarda dəyəri 57,6 milyon manatdan çox təşkil edən məhsul satın alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 117 satınalan təşkilat elektron portal vasitəsilə müqavilə bağladığı 97 istehsalçı və satıcıdan 203 növdə ərzaq məhsulu satın alıb.
Hesabat dövründə ümumi dövriyyə zamanı dövlət vəsaitinə 3,17 faiz qənaət olunub.