Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrailin sülh prosesinə girmək niyyətində olmadığını bəyan edib.
Publika.az xəbər verir ki, Dohada keçirilən mətbuat konfransında çıxış edən Ənsari beynəlxalq ictimaiyyəti İsrailin Qəzzaya qarşı hücumlarını dayandırmaq üçün vahid mövqe sərgiləməyə çağırıb.
“İsrailin sülh prosesinə girmək iradəsi olmadığı halda, sülhü gözləməyin mənası yoxdur”, - deyə Qətər rəsmisi vurğulayıb.
Ənsari qeyd edib ki, humanitar məsələlər heç bir siyasi razılaşmaya aid edilə bilməz və yardımların Qəzzaya çatdırılması üçün sərhəd keçidlərinin dərhal açılması vacibdir. Onun sözlərinə görə, İsrailin planlaşdırdığı işğal bölgədəki bütün tərəflər, o cümlədən əsirlər üçün ciddi təhlükə yaradır
Qətər rəsmisi, həmçinin Netanyahu hökumətini müharibəni dayandırmaq üçün danışıqlara qatılmağa çağırıb: “İsrail indi cavab verməli və danışıqlarda iştirak etməlidir, lakin hələlik yeni bir şey yoxdur”.