AFP-yə danışan Jelyazkov qeyd edib ki, GPS siqnallarındakı bu kimi pozuntular nadir hal deyil: "Ukraynaya qarşı müharibənin başlanmasından bəri biz elektron müharibə adlanan prosesin şahidi oluruq". Onun sözlərinə görə, GPS-in bloklanması "adi haldır" və bu, hərbi münaqişələrin "qaçılmaz nəticələrindən biridir". Baş nazir əlavə edib ki, bu nasazlıqlar konkret olaraq hansısa təyyarəyə qarşı yönəlmir.
Xatırladaq ki, avqustun 31-də Ursula fon der Leyenin təyyarəsi Bolqarıstanda GPS siqnalının boğulması səbəbindən problemlə üzləşmişdi. Hadisədə Rusiyanın əli ola biləcəyi istisna edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31