AZ

6 ayda vətəndaşların turizm məqsədili xərcləri2,5 milyard manatı ötüb

BAKI, 3 sentyabr. TELEQRAF

Yanvar-iyun aylarında Azərbaycanda daxili turizm məqsədilə vətəndaşların çəkdiyi xərclərin ümumi məbləği 2 milyard 526,8 milyon manat təşkil edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisdə 13.6% çoxdur.

Ən çox xərc alış-veriş və hədiyyələrin alınmasına çəkilib. – 647,2 milyon manat. Bundan başqa qidalanmaya 616,6 milyon manat, yerləşmə xidmətlərinə 467,9 milyon manat, nəqliyyat xidmətlərinə isə 373,2 milyon manat xərclənib.

Səfər məqsədlərinə gəldikdə isə, daxili turistlərin əksəriyyəti, yəni, 4 milyon 450,2 min nəfəri – istirahət və əyləncə məqsədilə səyahət edib. 3 milyon 901,5 min nəfər qohum və dostlarını ziyarət edib. İşgüzar məqsədlə səyahət edənlərin sayı 1 milyon 4,1 min nəfər, müalicə məqsədilə səyahət edənlər 775,1 min nəfər təşkil edib. Mağazalara baş çəkmək üçün 322,1 min nəfər, dini ziyarət məqsədilə isə 103,1 min nəfər səfərə çıxıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr