AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının III turunda baş vermiş hadisələrlə bağlı qərarı açıqlanıb.
Msport.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisi İqor Ribeyro 3 oyunluq cəzalandırılıb.
Buna səbəb futbolçunun “Turan Tovuz”la oyunun 55-ci dəqiqəsində təcavüzkar davranışa yol verməsi, yəni rəqibi vurmasıdır. “Neftçi” isə 3000 manat cərimələnib.
Bundan başqa, görüşdə azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Neftçi” əlavə 2000 manat cərimə də ödəyəcək.
“Sabah” – “İmişli” oyunu qonaqların meydana gec çıxması səbəbindən gec başlayıb. Bu, Premyer Liqanın debütantının 3000 manat cərimələnməsinə səbəb olub.