Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4300 nağd pul və5000 manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb. Bubarədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdəşübhəli bilinən 31 yaşlı R.Məmmədov və 50 yaşlı V.Mustafayevsaxlanılıblar.
Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən tədbir zamanı isə paytaxt sakini olan bir nəfərinvelosipedini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş37 yaşlı R.Şirinov da tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.