AZ

Portuqaliya klubu da “Qarabağ”ın təklifini QƏBUL ETMƏDİ

“Qarabağ”ın transfer pəncərəsinin son günlərində hücumçu transfer etmək cəhdləri boşa çıxıb.

Bizim.Media xəbər verir ki, klub son olaraq əvvəllər də danışıq apardığı Andre Klovis variantı üzərində dayanıb.

Ancaq futbolçunun məxsus olduğu “Akademika Vizeu” klubu Ağdam klubunun təklif etdiyi transfer məbləğinə forvardı satmaqdan imtina ediblər. “Qarabağ” Klovis üçün 1 milyon avro təklif etsə də, Portuqaliya klubu 2 milyon tələb edib. Danışıqlar məhz bu səbəbdən dayandırılıb.

Qeyd edək ki, “Qarabağ”ın daha öncə keçmiş hücumçusu Juninyonu geri qaytarmaq cəhdləri də uğursuz olmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
34
1
bizim.media

2Mənbələr